Azərbaycan ərazisində 21 dərəcə şaxta gözlənilir
Fevralın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
APA TV-nin sinoptiklərin açıqlamasına istinadən verdiyi məlumata görə, yarımadada cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, paytaxtda gecə 1-3 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 16-21 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı