Valideynlərini itirmiş 18-23 yaşlı tələbələr təhsil haqqından azad edildi - QƏRAR
Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində təhsil haqlarından azad olacaqlar. APA TV-nin məlumatına görə, bu müddəa Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qərarda öz əksini tapıb.
Təhsil haqlarından azad olunma yalnız 18 yaşdan sonra valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş tələbələrə şamil olunacaq. Dövlət hesabına təhsil alma müddəti qanunvericiliyə əsasən 23 yaşadək müəyyənləşib. Qanunvericiliyə əsasən, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum şəxs dedikdə
a) 18 yaşınadək hər iki valideynini itirmiş,
b) hər iki valideyninin himayəsindən məhrum olmuş,
c) ali və orta ixtisas təhsili müəssisələrində,
d) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində
e) əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər
nəzərdə tutulur.
Konstitusiya Məhkəməsi Plenumunun qərarında bildirilir ki, qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı