Dənizdən tapılan meyitin neftçi meyiti olub-olmadığı araşdırılır

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu "Pirsaat" qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.

  

DSX-dən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərdən olub-olmadığı müəyyənləşdirilir. Onun  şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR