Penraqon rəsmisi: "İŞİD komandirləri Rəqqa şəhərini tərk edir"

İŞİD terror təşkilatının rəhbərləri Suriyanın Rəqqa şəhərini tərk etməyə başlayıblar. APA TV-nin məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis keçirdiyi brifinqdə deyib.

 

"Bir çox İŞİD komandirləri və terrorçular Rəqqanı tərk edərək Fərat çayı boyunca aşağı doğru hərəkət etməyə başlayıblar".

 

Ceff Devis Rəqqadan nə qədər terrorçunun qaçdığını açıqlamayıb, lakin bildirib ki, bu addım planlı şəkildə həyata keçirilir. Devisin sözlərinə görə, terrorçular şəhəri cənub-şərq istiqamətində Deyr-əz-Zor çəhərinə doğru yeganə açıq olan yolla tərk edirlər. Rəqqa ətrafında digər yollar ABŞ-ın dəstək verdiyi YPG terrorçularının nəzarətindədir. Pentaqon rəsmisi İŞİD liderlərinin Rəqqanı tərk etməsini onların məğlubiyyət faktını qəbul etməsi ilə əlaqələndirib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR