Tramp: "Telekanallar xalq düşmənləridir"
ABŞ prezidenti Donald Tramp ölkənin aparıcı media qurumlarını "xalq düşməni" adlandırıb.
APA TV-nin məlumatına görə, bu barədə öz "Twitter" hesabında yazan Tramp bildirib ki, New York Times nəşri, NBC, ABS, CBS və CNN telekanalları prezidentin deyil, bütün Amerika xalqının düşmənləridir.
Bu, prezidentin Amerikanın aparıcı kütləvi informasiya vasitələri haqqında ilk ittihamları deyil. Andiçmə mərasimindən sonra Tramp bir neçə dəfə bu kütləvi informasiya vasitələrini "yalançı" və "heç nəyə yaramayan" adlandırıb.
Fevralın 16-da mətbuat konfransında çıxış edən ABŞ prezidenti bildirib ki, bu media orqanlarının yaydığı xəbərlər Vaşinqtona Moskva ilə əlaqələri normallaşdırmağa imkan vermir.
CNN telekanalının prezidenti Ceff Tsuker dünən bəyan edib ki, Donald Trampın telekanala hücumları onların biznesinə və jurnalistlərin fəaliyyətinə mane olmur. Tsukerin sözlərinə görə, CNN telekanalının reytinqi ötən illə müqayisədə 51 faiz artıb. Media rəhbəri bunu təəccüblü fakt adlandırıb, Tsuker bildirib ki, adətən prezident seçkilərindən sonra kanalların reytinqləri aşağı düşür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı