İran XİN: "Tramp bütün İran xalqını təhqir edib"

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Donald Trampın miqrasiya fərmanı bütün iranlıları təhqir etməkdir. APA TV-nin məlumatına görə, XİN başçısı CNN telekanalına müsahibəsində İran vətəndaşlarının ABŞ üçün təhlükə kəsb etmədiyini deyib.

 

"Siz amerikalılar əleyhinə terror aktı törətmək istəyən bir iranlı belə tapa bilməzsiniz. İran digər ölkələr kimi 11 sentyabr hadisələrini pisləyib".

 

O əlavə edib ki, iranlılar ABŞ-da həmişə ən uğurlu miqrantlar olublar.

 

Xarici işlər naziri Trampın İranın nüvə proqramına ittihamlarını da dəyərləndirib: "İnanıram ki, hər kəs, o cümlədən ABŞ ekspertləri bilir ki, bu razılaşma təkcə İran üçün deyil, ABŞ üçün də ən yaxşı variantdır".

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR