Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb. VAZ-2106 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər - 53 yaşlı Quliyeva Əzizə Şəmistan qızı və 45 yaşlı Abbasova Qəmər Vahid qızı müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR