Prezident: “Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan alır”
“Bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edir və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb”. APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz:
“Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İrimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq. Əlbəttə, bu gün regionumuzun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsi haqqında danışdıqda biz Azərbaycanın enerji strategiyasının əvvəlinə - 1990-cı illərin ortalarına qayıtmalıyıq. O zaman həm daxili, həm də xarici çoxsaylı çətinlikləri olan, Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan, yalnız üç il müstəqil olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etmişdi. Bu, tarixi bir addım idi və nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi. İndi isə bu addım regionun enerji xəritəsini dəyişib”.
Prezident İlham Əliyev bildirib ki, bizim üçün o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi.
“Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir”.
Azərbaycanın dövlət başçısı deyib ki, sonra Azərbaycan Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrilib. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı