Binəqədidə akkumulyator oğurlayan dəstə ifşa edildi
Binəqədi polisi rayon ərazisində yük avtomobillərindən akkumulyator oğurlamaqda şübhəli bilinən dəstəni zərərsizləşdirib.
APA TV-nin xəbərinə görə, Binəqədi rayonunda yük avtomobillərindən 34 akkumulyator oğurlamaqda şübhəli bilinən Bərdə rayonu Əyricə kənd sakini 25 yaşlı Pərviz Bəhruz oğlu Nəbiyev, Biləsuvar rayon sakini 26 yaşlı Rəsul Niyaz oğlu İmanzadə, Ağcabədi rayonunun Ağabəyli kənd sakini, 27 yaşlı Şükür Tofiq oğlu Əliyev və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 24 yaşlı Rasim Əfqan oğlu Qasımov oğurluq akkumulyatorları metal qəbulu məntəqəsinə satmaq istəyərkən saxlanılıblar.
Saxlanılan şəxslər bu yolla vətəndaşlara 5 min manatdan artıq maddi ziyan vurublar. Onlar oğurluq akkumulyatorları Sabirabad rayon sakini, 24 yaşlı Rasim Əfqan oğlu Qasımovun avtomobili ilə daşıyıblar.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb. Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı