22 yaşlı Milli Qəhrəman anıldı

1993-cü ildə ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin xatirəsi onun adını daşıyan Ağcabədi rayonunun Avşar kənd tam orta məktəbində anılıb.

 

APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyinin bölgədə yerləşən “N” saylı hərbi hissəsinin əsgər və zabitlərinin, Qarabağ müharibəsi veteranlarının, şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının, müəllim və şagirdlərin iştirak etdiyi tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.

 

Anım mərasimində çıxış edənlər 22 yaşında şəhid olan Namiq Abdullayevin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. 1992-ci ilin dekabrında cəbhəyə yollanan qəhrəman 1993-cü il fevralın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ermənilərin hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edərək, qəhrəmancasına həlak olub. 1994-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR