Rəşad Məcid: "Novruz ərəfəsində əfv olacaq"

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

APA TV-nin məlumatına görə bunu, jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib: "Təxminən 800-dən artıq müraciət var. Bu gün təxminən 150-dən artıq müraciətə baxıldı və təqribən yarısına müsbət rəy verildi. Növbəti görüşdə də digər müraciətlərə baxılacaq”.

 

Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər:

"Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”.

 

Rəşad Məcidin  sözlərinə görə, dünən və bu gün keçirilən iclaslarda ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib.

 

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR