Erməni əsirliyindən azad olunanların ifadələri lentə alınır

“1905.az” portalı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə “Diskussiya klubu”nda “Qaradağlıdan Xocalıya” mövzusu müzakirə olunub.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, millət vəkili, Komissiyanın üzvü Xanhüseyn Kazımlı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti, siyasi elmlər dokt­oru Ramiz Sevdimalıyev və başqaları iştirak ediblər.

 

Xanhüseyn Kazımlı erməni işğalının fəsadları barədə məlumat verib. O bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 536 km ərazisi nəzarətsiz qalıb. 

 

Eldar Sə­mədov deyib ki, ermənilər 1992-ci ilin fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində böyük qırğın törədib: "Xocalı faciəsinə gedən yol Qaradağlıdan keçirdi. 25 il əvvəl, 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciə, habelə ermənilərin törətdikləri başqa cinayətlər də unudulmamalıdır. Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı törədilib".

 

Ramiz ­Sevdimalıyev qeyd edib ki Dağlıq Qarabağda törədilən bütün cinayətlərin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir .

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Nailə Dadaşova bildirib ki, ermənilərin əsir və girovluğundan azad olunanların ifadələri gələcək nəsillər üçün lentə alınaraq saxlanılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR