Saxlanılan şəxs: "Silahı polisə verdim, oğurluqlarımın üstünü açdılar"

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.

 

APA TV-nin məlumatına görə  keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində K.Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı “TT” markalı tapança və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.


Daha bir qanunsuz odlu sursat isə Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşları  keçirilən əməliyyat  tədbiri nəticəsində aşkar edib. Əvvəllər məhkum olunmuş Bakı  şəhər sakini Elnur Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.

 

Onun üzərinə baxış keçirilən zaman "Naqan" markalı tapança və 4 ədəd patron aşkar  edilərək götürülüb. E.Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Nərimanov rayonu ərazisində 3 mağaza və 1 kafedən oğurluq etdiyi də məlum olub: "Silahı Biləcəridə vaqon yolundan tapmışam. Polis əməkdaşları yaxınlaşdılar, onlara təqdim elədim.  Sonra da burda  oğurluqlar  açıldı".   

 

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR