Bakıda avtomobildən külli miqdarda xarici markalı siqaret aşkar edildi
Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
APA TV-nin məlumatına görə, həmin məlumat əsasında idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib.
Əməliyyat tədbirləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Əliyev Şahin Razim oğlunun idarə etdiyi "VAZ 21074" markalı, 90 LP 367 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi İlqar Əhlimanov küçəsində saxlanılıb.
Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.
OXŞAR XƏBƏRLƏR
13:58
458
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
633
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
624
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1025
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1121
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1059