"Dağlıq Qarabağdakı "referendum" gündəmdə qalmaq cəhdidir" - SİYASİ ŞƏRHÇİLƏR
"Fevralın 20-də Dağlıq Qarabağda "referendum"un keçirilməsi təxribatçı addımdır və Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir". Siyasi şərhçilər hesab edir ki, qondarma "referendum" Ermənistanın regionda gərginliyi artırmasına, status-kvonu möhkəmləndirməsinə xidmət edir.
Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyir ki, bu referendumun heç bir əhəmiyyəti yoxdur, erməni tərəfinin danışıqlar aparmamaq istəyinin göstəricisidir: "Bu "referendum" Dağlıq Qarabağın statusunda və heç kimin fikrində dəyişiklik etməyəcək. Dağlıq Qarabağ əvvəlki kimi bütün beynəlxalq sənədlərdə "Dağlıq Qarabağ" adlandırılacaq. Mən düşünürəm ki, bu "referendum" yeniyetmələrə xas olan psixoloji reaksiyadır. İlk növbədə o anlama gəlir ki, Ermənistan gələcəkdə heç vaxt Dağlıq Qarabağı Azərbaycana güzəştə getmək istəmir".
Millət vəkili, politoloq Rasim Musabəyov da hesab edir ki, Dağlıq Qarabağda keçiriləcək "referendum" siyasi cəhətdən cılız və heç bir hüquqi nəticə yaratmayan şoudur: "Onun mahiyyəti hər vəchlə Dağlıq Qarabağ mövzusunu, onun "müstəqilliyi"ni gündəmə gətirməyə hesablanıb. Bunlar istəsələr də, Konstitusiyada dəyişiklik edib Dağlıq Qarabağın adını "Artsax" elan etsələr də, bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qalacaq".
Qeyd edək ki, fevralın 20-də keçiriləcək qanunsuz "referendum" Azərbaycan hökuməti tərəfindən də sərt tənqid olunub. Rəsmi Bakı bəyan edib ki, bununla Ermənistan silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirir və onu təhlükə altında qoyur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı