Şaxtalı hava davam edəcək, yollar buz bağlayacaq

Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər yollar buz bağlayacaq.

 

Havanın temperaturunun gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duma olacaq. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR