Neftin qiyməti 56 dolları keçdi və... ucuzlaşdı
Bu gün birjalarda həftənin son seansları keçiriləcək. Son hərraclar ərəfəsində neft öz dəyərini bərpa etməyə çalışır. Dünən günorta saatlarında “Brent” markalı neftin qiyməti iki dəfə 56 dollar həddini keçsə də, sonradan ABŞ-ın ehtiyatlarının artması faktının təsiri altında ucuzlaşmağa başlayıb. Bu gün “Brent” neftin son həftələrin standart qiymətinə 55,78 dollara satılır. Ötən həftənin cümə günü, birjaların son seansları ərəfəsində bu markadan olan neftin bir bareli 55,70 dollara satılmışdı.
Qərbi Texas neftinin qiymətində də eyni dinamika qeydə alınıb. Ötən cümə 53,17 dollardan satılan WTİ nefti bu həftə 53,47 dollardan təklif olunur.
Fevral ayında neftin öz dəyərini qoruyub saxlaması 2017-ci ildə neft qiymətlərinə dair proqnozları doğruldur. Proqnozlara əsasən, bu il neftin qiyməti maksimum 65 dollar həddində olacaq. Qiymətlərin dinamikası hələlik bu proqnozun düzgünlüyünü təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı