Tramp: "Obamadan dövləti dağılmış vəziyyətdə almışam"

ABŞ prezidenti Donald Tramp növbəti mətbuat konfransını keçirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, prezident medianın ünvanına sərt ittihamlar səsləndirib.

 

D.Tramp sələfi Barak Obamadan, sadəcə, dövlətin qalıqlarının miras qaldığını, əvvəlki hakimiyyətdən qalmış problemləri həll etməyə çalışdığını, buna rəğmən isə mətbuatın gerçəyi yetərincə qavramadığını bildirib.

 

"Mətbuat həqiqəti yazmır və biz bu gün əslində nəyin baş verdiyini etiraf etməsək, xalqı aldatmış olarıq. Bu gün ilk növbədə mətbuatın nə üçün bu cür davrandığını aşkara çıxarmalıyıq" - deyə o bildirib.

 

Prezident eyni zamanda milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinnin Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyak ilə telefon danışığının detalları barədə vitse-prezident Mayk Pensə yanlış məlumat verdiyi üçün istefaya göndərildiyini qeyd edib.

 

ABŞ prezidenti bir daha Maykl Flinn məsələsinə qayıdaraq, Ağ Evdən mətbuata məxfi məlumatların ötürüldüyünü, bunu edənlərin isə ən qısa zamanda tapılacağını önə çəkib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR