"Samsung"un rəhbəri həbs olundu - RÜŞVƏTƏ GÖRƏ
Seul məhkəməsi Cənubi Koreya prezidenti Pak Kın Xe ətrafında cərəyan edən iri korrupsiya qalmaqalı ilə əlaqədar rüşvətxorluqda ittiham olunan “Samsung” şirkətinin faktiki rəhbəri Li Çje Yon barəsində həbs qətimkan tədbiri seçib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmə hökm elan edənədək, nəhəng korporasiya rəhbəri paytaxtdan 15 km aralıda yerləşən Yıvan şəhər həbsxanasında saxlanılacaq.
İstintaqın fevralın 28-də başa çatacağı bildirilir.
Ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.
Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı