Lavrovla Tillersonun ilk görüşü - SOYUQ AÇIQLAMALAR
Almaniyada keçirilən "G20" sammitində Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni dövlət katibi Reks Tillersonla bir araya gəlib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, görüş Bonn şəhərində gerçəkləşib.
Reks Tillerson Sergey Lavrovla keçirdiyi ilk görüşü məhsuldar adlandırıb. O qeyd edib ki, iki ölkə arasında ziddiyyət təşkil edən məsələlərdə ABŞ gələcəkdə də öz mövqeyindən dönməyəcək.
“Amerika xalqına fayda gətirəcək əməli əməkdaşlıq üçün sahələr müəyyənləşdikdə, biz Rusiya ilə qarşılıqlı əlaqənin mümkünlüyünü nəzərdən keçirəcəyik”, - deyə Tillerson bildirib.
Sergey Lavrov da görüşdən məmnunluğunu ifadə edib. Diplomat hər iki ölkənin terrorizmlə mübarizədə ümumi maraqların mövcudluğundan danışıb. Lavrov Tillersonun Suriya danışıqları ilə bağlı keçirilən Astana görüşünü təqdir etdiyini və belə görüşləri dəstəklədiklərini ifadə etdiyini deyib.
Putin-Tramp görüşü barədə suala münasibət bildirən Sergey Lavrov tərəflərin buna hazır olduğu zaman danışıqların başlayacağını istisna etməyib.
Bundan əlavə görüşdə Əfqanıstan və Ukraynadakı vəziyyət ətrafında müzakirələr gedib.
Lavrov vurğulayıb ki, söhbət zamanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması mövzusuna toxunulmayıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı