İŞİD bir gündə İraq və Pakistanı qana boyadı: 127 ölü, 200 yaralı

İraqın paytaxtı Bağdad şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 55 nəfər ölüb, daha 60 nəfər isə yaralanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayış şəhərin Baya rayonunda baş verib.

 
Pakistanın cənubunda yerləşən Sind əyalətində törədilmiş terror aktı nəticəsində isə azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

 

Terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

 

Hər iki hadisəyə görə İŞİD məsuliyyəti üzərinə götürüb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR