Şəmkirdə müəmma: sahibkarın hər gün 10 heyvanı ölür
Şəmkirdə fermer təsərrüfatından birində xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olur. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, təsərrüfat sahibi Həbib Hüseynov 10 ilə yaxındır maldarlıqla məşğul olduğunu, ilk dəfədir belə halla rastlaşdığını deyir:
Fermerin sözlərinə görə, son 19 gündə təxminən 160-dan çox qoyunu naməlum səbəbdən tələf olub. Çarəsiz vəziyyətdə qalan Həbib Hüseynov əlaqədar qurumlara müraciət etsə də, heyvanların dərdinə çarə tapılmır. Sahibkar son iki həftədə təxminən 30 min manatdan çox zərər gördüyünü deyib. Onun sözlərini çoban da təsdiqləyir:
Şəmkir rayon Baytarlıq Xidmətinin rəis əvəzi Məmməd Qasımov son 5 gün ərzində təsərrüfatın nəzarətə götürüldüyünü deyib:
Problemlə bağlı Bakıdan təcrübəli baytar da ezam olunub:
Təsərrüfat sahibinin baytarların dediklərinə əməl etməsinə baxmayaraq, hər gün ən azı 5-10 heyvan tələf olur. Fermer vaxtında tədbir görülməsə daha çox ziyana düşəcəyindən narahatdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı