33 yaşlı kişini qətlə yetirən şəxs: "Gəlməyənə söyüş qoydu..."
Ötən gecə Bakıda törədilən qətldə təqsirləndirilən şəxs həbs olunub.
Nərimanov RPİ-dən verilən məlumata görə, bu, 1985-ci il təvəllüdlü Sadıqov İbrahim Arzu oğludur. Hadisənin mübahisə nəticəsində baş verdiyi bildirilir.
Saxlanılan şəxs ilkin ifadəsində 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğlunu qətlə yetirdiyini etiraf edib: "Mən onunla zarafat etmişdim, xətrinə dəymişdi. Dedi gəl görüşək, söhbət edək. "Nərimanov" metrosunun yaxınlığına görüş təyin etdik. Gəlməyənin ünvanına söyüş söydü. Görüşdük. Çatan kimi onu kənara çəkib vurdum".
İlkin araşdırma nəticəsində məlum olub ki, meyitin üzərində bıçaq xəsarətləri var. Mərhum bıçaqlandığı yerdə deyil, hadisə yerindən xeyli aralıda - Zeynal Xəlil küçəsindəki 307 saylı evin yaxınlığında yerə yıxılaraq dünyasını dəyişib. Qətlə yetirilən İslam Hüseynovun hadisədə şübhəli bilinərək saxlanılan İbrahim Sadıqovla uzaq qohum olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı