Əli Əhmədov: "Referendum" ermənilərin növbəti təxribatıdır"
"Ermənilər və ya kimlərinsə haradasa "referendum" keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu "referendum"u keçirirsə, keçirsinlər".
APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirmək istədiyi referenduma münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq: "Lakin bu "referendum" münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir".
OXŞAR XƏBƏRLƏR
13:58
457
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
632
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
623
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1025
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1121
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1059