Polislər talassemiyalı xəstələr üçün qan verdi
“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində Xəzər Rayon Polis İdarəsində qanvermə aksiyası keçirilib.
APA TV-nin xəbərinə görə, Polis İdarəsinin 150-yə yaxın şəxsi heyəti aksiyada iştirak edib.
Həkim Günel Əliyeva bildirib ki, aksiyada polis əməkdaşları könüllü olaraq iştirak edib: "Bütün aksiyalarda olduğu kimi, donorlar ilkin testlərdən keçdikdən sonra qanverməyə göndəriliblər".
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Polis işçiləri ilə yanaşı, əməkdaşımızda qanvermə aksiyasında iştirak edib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil veriləcək.
Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı