Tanışını döyüb pul tələb etdi: "Borc istəmişəm..."

Binəqədi polisi vətəndaşa qarşı quldurluq cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 

APA TV-nin məlumatına görə, paytaxt sakini Samir Tofiq oğlu Kərimov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, tanıdığı şəxslərdən birinin gecə saatlarında "Anar" şadlıq evinin arxasında ona qarşı quldurluq etməsi barədə məlumat verib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən 28 yaşlı paytaxt sakini Yaşar Aydın oğlu Abbasov saxlanılıb: "Buna zəng gəldi, telefonunu alıb qoydum kənara. Pul kisəsini də qoydum maşında sürət ötürücüsünün yanına. Dedim, pulun varsa, 3 min mənə pul ver. Borc istəmişəm ondan".   

 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yaşar Abbasov Samir Kərimova bədən xəsarətləri yetirməklə onun içərisində 30 manat, 500 ABŞ dolları, sənədlər və bank kartları olan pul qabını götürüb. Daha sonra isə Samirdən 3 min manat pul tələb edib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR