Əli Əhmədov marketlərdə: "Hökumət qiymət artımının qarşısını alır"
Baş nazirin müavini Əli Əhmədov ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada monitorinq aparıb.
APA TV-nin xəbərinə görə, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən monitorinqdə baş nazirin müavini bildirib ki, hökumətin ümdə vəzifələrindən biri ərzaq məhsullarının qiymətinin süni sürətdə artırılmasının qarşısını almaqdır.
Əli Əhmədov qeyd edib ki, ərzaq məhsulları arasında daxili istehsala əsaslananlar üstünlük təşkil etməyə başlayıb. O, hazırda manatın məzənnəsinə uyğun qiymətlərin hansı səviyyədə olması ilə də maraqlanıb.
Marketlərin inzibatçıları bildiriblər ki, bəzi məhsullarda əvvəllər qiymət artımı müşahidə olunsa da, hazırda satış aşağı qiymətlərlə həyata keçirilir.
"Təbii ki, sahibkarların daha çox qazanc əldə etmələrinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür" - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini ət və ət məhsullarının qiyməti ilə də maraqlanıb.
Sonda jurnalistlərə açıqlamasında Əli Əhmədov bildirib ki, ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur: "Biz bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan iki mağazada olduq. Mağazalarda gördüklərimiz və bizə verilən məlumatlar belə deməyə əsas verir ki, mətbuatda geniş müzakirələrin aparılmasına rəğmən ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Hökumət qiymətlərin süni sürətdə artırılmasının qarşısını alır. Hesab edirəm ki, süni surətdə qiymət artımına yol vermək əhalinin ailə büdcəsinə mənfi təsir edir ki, bu da yolverilməzdir".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı