Tarif Şurası: Dərmanların qiyməti dolların məzənnəsindən asılı olacaq
Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq.
APA TV-nin məlumatına görə, Tarif Şurasının katibi İlkin Məcidov bildirib ki, indiyə kimi Azərbaycanda 10 mindən artıq dərman vasitəsinin qiyməti dövləti tərəfindən tənzimlənib.
Onun sözlərinə görə, dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir. Dərman vasitələri üzrə son qiymət tənzimlənməsinin 2016-cı ilin 28 noyabr tarixində həyata keçirildiyini deyən İlkin Məcidov əlavə edib ki, o zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub və 28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. İlkin Məcidov ölkədə hər hansı dərman qıtlığının olmadığını da vurğulayıb: "Hər gün ölkədə yüz minlərlə dərman satılır. Hansısa dərmanın passiv olması o demək deyil ki, ölkədə qıtlıq və ya çatışmazlıq var. Həmin dərmanların müxtəlif eyni tərkibli alternativləri var".
İlkin Məcidovun sözlərinə görə, Azərbaycanda satılan bütün dərman vasitələrinin qiymətini İqtisadiyyat Nazirliyinin saytında yoxlamaq mümkündür. Bunun üçün dərman vasitələrinin adı və ya tərkibi, istehsal olunduğu ölkəni yazmaqla dərmanların neçəyə satıldığını bilmək olar.
Ölkədə 2000-dən çox aptekin fəaliyyət göstərdiyini deyən Tarif Şurasının katibi əlavə edib ki, Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən apteklərin sayı 22-dir. Bu isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə orta göstəriciyə uyğundur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı