Konqres Trampa qadağa qoydu: QARIŞMA!
Çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasından olan bir qrup senator konqresin hər iki palatasına istənilən sanksiyanın ləğvi üzərində nəzarəti təmin edəcək qanun layihəsi təqdim edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənəd istənilən sanksiyanın aradan qaldırılması məsələsinin müzakirəsi üçün 120 günlük müddət müəyyən edir, konqresin razılığı olmadığı halda prezident bu və ya digər ölkəyə məhdudiyyətləri ləğv edə bilmir.
Bu isə ilk növbədə ABŞ-ın sabiq prezidenti Barak Obamanın Krımın ilhaqı, habelə amerikalılara qarşı kiberhücumları səbəbindən Rusiyaya tətbiq etdiyi sanksiyaların yenidən hüquqi qüvvə qazanacağı, eləcə də istənilən ölkəyə qarşı məhdudiyyətin qüvvəsinin yalnız konqresmenlərin razılığı ilə dayandırıla biləcəyi anlamına gəlir.
Xatırladaq ki, haqqında bəhs olunan qanun paketini Con Makkeyn başda olmaqla respublikaçılar və demokratlardan ibarət senatorlar qrupu təqdim edib.
Bu arada senator Adam Smit prezident D.Trampa yaxın qüvvələrin Rusiya hökuməti ilə birgə gizli əlaqələrindən danışıb və indiki şəraitdə yeni administrasiyanın sanksiyaların ləğvini təsadüfi addım saymadığını deyib.
Moskva isə dəfələrlə Ukraynanın şərqindəki münaqişənin alovlandırılması, ABŞ-dakı seçkilərə müdaxilə və kiberhücumlarla bağlı ittihamları rədd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı