"Şahin Zəkizadənin vəfatı ilə bağlı xəbər doğru deyil" - KLİNİKADAN SON AÇIQLAMA

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin vəziyyəti yenidən pisləşib. Bunu APA TV-yə eksklüziv açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktor müavini Adil Nuriyev deyib.

 

Adil Nuriyev bildirib ki, rejissorun həyatı ilə bağlı yayılan xəbərlər doğru deyil.

 

Şahin Zəkizadənin 2016-cı ilin sentyabrından kəskin linfoblastik leykoz diaqnozu ilə  müalicə olunduğunu deyən direktor müavini qeyd edib ki,  ilk kursdan etibarən remisiya əldə olunan xəstədə 3-4 ay ərzində xəstəlik təkrarlanıb: "İki kurs kimyəvi terapiyadan sonra xəstənin vəziyyəti yaxşılaşıb və xəstəlik remisiyaya düşüb. Ondan sonra xəstəyə sümük iliyinin transplantasiyası məsləhət görülüb. Müəyyən səbəbdən bu baş tutmayıb. Bir ay keçdikdən sonra Şahin bizə yenidən müraciət edib. Xəstəliyin aqressiv mərhələsində, daha ağır vəziyyətdə idi. Klinikamızın hematologiya şöbəsində onun yenidən 3-cü kurs müalicəsi başlayıb. Müalicənin onuncu günü isə xəstədə vəziyyət yenidən ağırlaşıb. Neyroleykimya beyin qişalarının və beyin maddəsinin leykozimitirasiyası deyilən reanimasiyaya köçürülüb".

 

Göstərilən bütün tibbi yardımlara baxmayaraq, Şahin Zəkizadənin durumu ağırdır: "Xəstə artıq komatoz vəziyyətdədir. Buna baxmayaraq əlimizdən gələni əsirgəmirik. Bütün bunlara baxmayaraq xəstənin vəziyyəti kritikdir. Xəstədə  heç bir reaksiya yoxdur. Yuxu vəziyyətindədir. Şahin süni tənəffüs aparatına qoşulub. Vəziyyətinin yaxşılaşması və yaxud da bir-iki saata pisləşəcəyi ilə  bağlı proqnoz vermək çətindir".

 

Hazırda həkimlərin iştirakı ilə konsilium davam edir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR