Prezident İlham Əliyev İranın ədliyyə nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, Azərbaycanla İran arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı hüquq-mühafizə sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Ölkələrimiz arasında son vaxtlar müxtəlif səviyyələrdə keçirilən çoxsaylı təmaslara toxunan dövlətimizin başçısı prezidentlər səviyyəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib. Qarşılıqlı səfərlərin təşkilinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev İranın ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfərinin ədliyyə sahəsində əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Təxminən 23 il əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mustafa Purməhəmmədi ötən dövr ərzində ölkəmizdə gedən böyük dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı