Türk ordusu Əl-Babı ələ keçirdi - ZƏFƏR

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhəri İŞİD terrorçularından azad edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib.

 

Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub. Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu şəhərin azad edilməsi əməliyyatına keçən ilin dekabrında başlayıb. Bu şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyə sərhədi boyunca zolaq yaratmasının qarşısının alınması, İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması baxımından böyük strateji əhəmiyyətə malik olub. Hazırda şəhərdə minalardan təmizləmə əməliyyatları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR