ABŞ "Ərəb NATO-su" yaradır - İRANA QARŞI

ABŞ Administrasiyası ərəb dövlətləri ilə İrana qarşı yönələcək yeni hərbi alyansın yaradılması üçün danışıqlar aparır. APA TV-nin "The Wall Street Journal"a istinadən xəbəinə görə, yaradılacaq yeni birliyə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya daxil ola bilər.


Digər ərəb dövlətlərinin də alyansa qoşulması mümkündür.

 

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı bu alyansa qoşulmaq, habelə İsrail ilə əməkdaşlıq üçün öz şərtini açıqlayıb. Ər-Riyad bunun müqabilində Ağ Evdən 2001-ci ilin 11 sentyabr hadisələrinə görə Amerika vətəndaşlarının bu ölkəyə qarşı məhkəmə iddiaları qaldırmasını nəzərdə tutan qanunun ləğvini, eləcə də İsrailin İordan çayının şərq və qərb sahillərində yaşayış məskənləri yaradılması prosesini dayandırmasını tələb edir.

 

Rəsmi Vaşinqton isə artıq "11 sentyabr qanunu"nun  aradan qaldırılması istiqamətində müəyyən addımların atılacağını vəd edib.

 

Ağ Evin yeni alyansdakı iştirakına gəlincə, rəsmi Vaşinqton NATO modelində yaradılacaq ittifaqa hərbi və kəşfiyyat dəstəyi göstərə bilər.

 

Hərbi təşkilatın funksiyalarına  üzvlərə qarşı ediləcək hərbi müdaxiləni ümumilikdə alyansa olunan hücum kimi dəyərləndirməsi və buna dərhal reaksiya verilməsi daxildir.

 

Bu hərbi birliyə kəşfiyyat dəstəyini isə bilavasitə İsrail göstərəcək. Belə ki, sözü gedən ölkənin alyansın həyata keçirəcəyi yerüstü hərbi əməliyyatlarda iştirakı nəzərdə tutulmayıb.
 

Qeyd edək ki, hazırda alyansın fəaliyyətinin digər detalları barədə müzakirələr aparılır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR