Pentaqonun gizli planı: Suriyaya qoşun göndərilə bilər

ABŞ Suriyaya quru qoşunları göndərəcək. APA TV-nin məlumatına görə, iddiaya görə Müdafiə Nazirliyi (Pentaqon) prezident Trampa "Suriyaya ordu göndərmək" barədə təklif verəcək.


Təklif qəbul olunarsa ABŞ İraq müharibəsindən bəri ilk dəfə ölkənin sərhədlərindən kənarda əməliyyat keçirəcək.

 

Adı çəkilməyən hərbçinin "quru qoşunları Suriyaya girə bilər" dediyi bildirilir.

 

Tramp ötən ay müdafiə naziri Ceyms Mettisə 30 gün içərisində İŞİD-lə mübarizəni sürətləndirəcək bir plan hazırlanmasını tapşırıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR