ABŞ-dan gələn xəbərlər neftin qiymətinə təsirsiz ötüşdü
ABŞ-ın neft ehtiyatlarına dair hesabatın açıqlanması fonunda ucuzlaşmağa başlayan neftin qiyməti bu gün sabitləşib.
APA TV-nin xəbərinə görə, son 24 saat ərzində “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 56,15 dollar olub, birjaların səhər seanslarında isə qiymət 55,75 dollar səviyyəsinə geriləyib.
Qərbi Texas neftinin qiymətində də analoji dinamika müşahidə olunur. Axşam saatlarında 53,39 dollardan satılan WTİ nefti səhər seanslarında 53,06 dollardan təklif olunur.
Ötən həftələrin analoji günlərində birjalarda neftin qiymət dinamikasının təhlili göstərir ki, bu gün neftin qiyməti gün ərzində sabit qalacaq, axşam seanslarında isə yüksəlməyə başlayacaq. 2017-ci ildə birjalarda neftin qiyməti 54-57 dollar arasında stabilləşib, buna OPEK daxilində qəbul olunmuş razılaşma ciddi təsir göstərir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı