Bakıda 33 yaşlı kişini öldürdülər
Ötən gecə Bakıda törədilən qətldə təqsirləndirilən şəxs həbs olunub.
Nərimanov RPİ-dən APA TV-yə verilən məlumata görə, bu, 1985-ci il təvəllüdlü Sadıqov İbrahim Arzu oğludur.
Qətlin mübahisə nəticəsində baş verdiyi bildirilir. İlkin araşdırma nəticəsində məlum olub ki, meyitin üzərində bıçaq xəsarətləri var. Ətrafdakı qan izləri qətl hadisəsinin meyitin tapıldığı yerdə yox, başqa yerdə törədildiyi, yaralının 307 saylı evin qarşısına qədər özünün gəldiyi və orda dünyasını dəyişdiyi məlum olub.
Çox keçmədən əməliyyatçılar qətlə yetirilənin şəxsiyyətini dəqiqləşdiriblər. O, 1984-cü il təvəllüdlü Hüseynov İslam Fəzail oğludur. İslam Hüseynovun qohumu tərəfindən bıçaqlandığı, yaralı vəziyyətdə Zeynal Xəlil küçəsinə qədər gəldiyi və orda dünyasını dəyişdiyi bildirilir. Meyiti Zeynal Xəlil küçəsi, 307 ünvanının sakinləri tapıblar və polisə məlumat veriblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı