QURAN KURSLARININ AÇILMASI üçün QMİ-yə müraciət olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Neftçalada vətəndaşları qəbul edib. Qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər. Vətənlaşları fərdi şəkildə qəbul edən Dövlət Komitəsinin sədri onları narahat edən məsələləri dinləyib və müvafiq istiqamətdə tapşırıqlar verib. Müraciətlər əsasən dini ibadət yerlərinin tikilməsi, təmiri və bərpası, dövlət qeydiyyatına alınması, quran kurslarının açılması, dini mərasimlərdə xüsusən də Aşura mərasimlərinin keçirilməsi barədə olub.
Elşad İskəndərov Quran kurslarının yaradılması üçün artıq Qafqaz müsəlmanları İdarəsinə müraciət edildiyini sakinlərin diqqətinə çatdırıb. O, qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Quran kursları üçün vahid proqram hazırlandıqdan sonra bu sahədə mövcud problemlər aradan qaldırılacaq. Dövlət Komitəsinin sədri qeyd edib ki, Aşura mərasiminin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi məqsədilə Dövlət Komitəsinin hazırladığı tədbirlər planına uyğun olaraq bütün bölgələrdə maarifləndirmə işləri aparılır. Eyni zamanda qanvermə aksiyalarının keçirilməsinə də Komitə öz dəstəyini verir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI