DİN Bakı Dəmir Yolu Vağzalında əməliyyat keçirdi

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı Dəmir Yolu Vağzalının ərazisində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

 

APA TV-nin xəbərinə görə, tədbirlər qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişi əsasında baş tutub.

 

Nəticədə dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri - Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Oqtay Fətəliyev və Xəlil İmanov saxlanılıblar.

 

Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb.

 

 Qeyd edilən şəxslər barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR