Siyavuş Novruzov: "Sarkisyan rejimi xalqı illərlə inandırmışdı ki..."
"Ermənistan silahlı qüvvələri yeni texnika ilə təchizat səviyyəsinə görə hələ çox geridədir. Bu çatışmazlıqlar əsasən korrupsiya halları və Ermənistan Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin aşağı səviyyəsi ilə bağlıdır".
Bu fikirləri APA TV-yə eksklüziv açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkili qeyd edib ki, ermənilər öz çirkin təxribatlardan əl çəkməyərək cəbhə bölgəsində gərginlik yaradır, Azərbaycan tərəfə diversiya qrupları göndərmək cəhdləri göstərir: "Bu gərginliyi götürmək məqsədilə Ermənistanın cinayətkar rəhbərliyi bunu sərhəd bölgəsinə daşımaq istəyir. Bu baxımdan müxtəlif təxribatçı qruplar yaradır və Azərbaycanın ərazisinə göndərirlər. Azərbaycanın kifayət qədər güclü ordusu, kifayət qədər hazırlıqlı əsgər və zabitləri var. Onlar da bunun qarşısını dərhal alırlar".
Siyavuş Novruzov deyir ki, ölkədəki ağır iqtisadi durum, böhran və digər çətinliklərlə üz-üzə qalan Ermənistan hökuməti vəziyyətdən çıxış yollarını aramaq üçün ən müxtəlif addımlara əl atır. Artan əsgər ölümləri və bundan doğan narazılıqlar fonunda Azərbaycanla sərhəd ərazilərdə, eləcə də işğal olunmuş torpaqlarda atəşkəsi pozur, əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır. Elə cəbhə zonasında yaşanan son hadisələr də bundan irəli gəlir.
Millət vəkili qeyd edib ki, Ermənistanda dinc şəraitdə öldürülmüş əsgərlərin analarının İrəvanın Azadlıq meydanına etiraz mitinqinə toplaşması da deyilənlərin əyani sübutudur: "Əsgər anaları da, digərləri də fikirləşir ki, heç nəyin üstündə övladlarını itirirlər. Özləri də aclıq və səfalət içərisindədirlər. İldə 100 min insan Ermənistanı tərk edir. Bu, Ermənistanın rəsmi statistikasıdır".
Komitə sədri deyib ki, Ermənistan rəhbərliyində olan bir qrup şəxs işğal olunmuş ərazilərdə narkotik əkib-becərməklə, qanunsuz silahların satışı ilə varlanır, xalq isə ağır vəziyyətdədir: "Aprel döyüşləri bir daha sübut etdi ki, dondurulmuş münaqişə həll olunmuş münaqişə demək deyil, hər an kəskin şəkildə özünü büruzə verə bilər. Bundan sonra isə Ermənistanın daxilində ciddi proseslər başladı. Çünki illərlə Ermənistanın cinayətkar rəhbərliyi xalqı Azərbaycanda ordu olmadığı fikrinə inandırmışdı".
"Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”, - deyən Siyavuş Novruzov qeyd edib ki, Ermənistan axırı olmayan bir dövlətdir. Orada baş verən hadisələr də göstərir ki, əhali artıq bu rejimə dözə bilmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı