Mariya Zaxarova: "Lapşin saxlanma şəraitindən şikayətlənmir"
Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana verilməsinə yenidən münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Belarus tərəfinə Rusiya vətəndaşının üçüncü ölkəyə verilməsinin yolverilməzliyi barədə mövqelərinin dəfələrlə çatdırıldığını söyləyib: "Nəzərinizə çatdırım ki, Aleksandr Lapşin həm Rusiya və həm də İsrail vətəndaşıdır. Rusiya səfirliyinin nümayəndələri fevralın 9-da təcridxanada Lapşinə baş çəkiblər. Rusiyalı diplomatlarla görüş zamanı Lapşin saxlanma şəraiti ilə bağlı heç bir şikayət etməyib. Səfirliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları ilə, Baş Prokurorluq, Azərbaycan XİN, o cümlədən İsrailin bu ölkədəki səfirliyi ilə daim təmasdadır. Səlahiyyətimiz çərçivəsində Rusiya vətəndaşının bütün hüquqlarının müdafiəsini təmin etmək üçün mümkün tədbirləri görür, məsələni nəzarətdə saxlayırıq. Hazırda Lapşinə yüksək ixtisaslı vəkil yardımı göstərilir. Qarşıda məhkəmə prosesi var. Biz bundan sonra da sizi məlum məsələ ilə bağlı məlumatlandıracağıq".
Sonda Mariya Zaxarova mətbuat nümayəndələrindən Aleksandr Lapşinin işi ilə bağlı yoxlanılmamış məlumatların dərc olunmamasını xahiş edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı