ABŞ-ın neft ehtiyatlarına dair hesabat qiymətlərə təsir göstərmədi

ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanması ərəfəsində “qara qızıl”ın qiyməti bahalaşıb.

 

APA TV-nin xəbərinə görə, hesabat ərəfəsində “Brent” markalı neftin bir bareli 56,42 dollardan satılıb, hesabat açıqlandıqdan sonra isə bu rəqəm 55,73 dollara düşüb.

 

Qərbi Texas neftinin qiymətində də analoji dinamika qeydə alınıb. Hesabat ərəfəsində 53,69 dollara satılan WTİ nefti hazırda 52,86 dollardan təklif olunur.

 

Amerika Neft İnstitutunun açıqladığı qeyri-rəsmi hesabatın birjalara təsiri bir neçə saat çəkib. Neftin qiyməti 55,62 dollara endikdən sonra stabilləşib və yenidən yüksəlməyə başlayıb. Hesabata əsasən, ötən həftə ABŞ-da neft ehtiyatlarının və benzinin həcmi gözlənildiyindən daha çox artıb. Amerika Neft İnstitutu hasil olunmuş neft ehtiyatlarının 9,94 milyon barel, benzin ehtiyatlarının isə 720 min barel artdığını ehtimal edir. Rəsmi hesabat bu gün açıqlanacaq. Energetika Nazirliyinin hesabatında ötən həftə ölkənin xam neft ehtiyatlarının 3,17 milyon barel artacağı, benzin ehtiyatlarının isə azalacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR