Tramp Kaliforniyada fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Donald Tramp Orovil su bəndinin çökmə təhlükəsi ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib. APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən açıqlama verilib.

 

D.Tramp Kaliforniya ştatına federal səviyyədə dəstək göstərilməsinə dair göstəriş verib. O, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal İdarəyə məsələ ilə bağlı səyləri koordinasiya etməyə tapşırıb.

 

Kaliforniyada yerli hakimiyyət orqanları təxliyə olunmuş insanların evlərinə qayıtmasına icazə versə də, təhlükənin artacağı təqdirdə atılacaq bütün addımlara hazır olmalarını da məsləhət görüb.

 

Xatırladaq ki, fevralın 12-də ABŞ-ın ən böyük su bəndi olan Orovil bəndinin çökməsi təhlükəsi ilə əlaqədar 120 km radiusda yaşayan 188 min əhali təxliyə edilib. 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR