Cəlilabad sakinini Bakının girəcəyində tutdular - 10 KQ TİRYƏKLƏ

Cəlilabad sakinindən külli miqdarda narkotik maddə götürülüb. APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Həsənov Ələt-Astara magistral yolunun 120-ci kilometrliyində saxlanılıb.

 

Onun əlindəki sellofan torbaya baxış zamanı oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR