Qanunsuz ovda tutulan nazirlik müfəttişi: "Bircə şeydə səhv etdim"

Samux rayonunun Hacallı kəndi ərazisində Gəncə sakinləri Mais Vəliyev və Bəxtiyar Qurbanov ov edərkən polis onları saxlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində aparıcı müfəttiş vəzifəsində işləyən Mais Vəliyevin "NİVA" markalı xidməti avtomobilinə baxış keçirilən zaman oradan sənədləri olmayan "TOZ" markalı ov tüfəngi və 48 ədəd patron, eləcə də 1 ədəd alabaxta quşu aşkarlanıb. 

Verilməyən məlumat, üstəgəl qanunsuz edilən ov indi həm müfəttiş, həm də vətəndaş üçün başağrısına çevrilib.

Saxlanılan hər iki şəxsin əməlinə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR