Bakıda dəhşət: 3 uşağını məktəbdən gətirən ana körpəsinin yanmış meyitini tapdı

Bakıda dəhşətli yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə ümumi sahəsi 35 kv metr olan birmərtəbəli, 2 otaqlı evdə yanğın olub.

Yanğın kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Körpə ötən ilin dekabrında doğulub. 

4 uşaqlı ailənin sonuncu övladı olan Cabbarın anası digər uşaqlarını məktəbdən gətirməyə gedib. Evdə heç kimin olmadığı anda isə yanğın baş verib. 

Ailə orada kirayədə qalıb. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir. 

Faciənin qurbanı olan Cəfərovlar ailəsi Füzuli rayonundan məcburi köçkündür. Faciədən sonra qohumları onları rayona aparıb.
 
Hadisə baş verən evdə həm odun, həm də elektrik sobası olub. Yanğının konkret hansı səbəbdən baş verdiyi araşdırılır. 
 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR