Lənkəran işıqsız qaldı: rayona güclü qar yağır

Güclü qar səbəbindən Lənkəranda axşam saatlarından bir neçə kənd və şəhərin bir hissəsi işıqsız qalıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yağıntı rayonun enerji təsərrüfatına ciddi ziyan vurub.

Lənkəran elektrik şəbəkəsinin 5 saylı işıq xəttində yaranan problemlər səbəbindən şəhərin Füzuli, Səyidəli Kazımbəyov küçəsində, Qalayçılar məhəlləsində elektrik enerjisinin verilməsi kəsilib. Bundan başqa Kiçik bazar, Şəhidlər Xiyabanı ərazilərində yaşayan sakinlər də ötən gecədən işıqsız qalıb. Elektrik enerjisinin olmaması bir neçə kənddə yaşayan sakinlər üçün də problemlər yaradıb. Velədi, Rvo, Girdəni, Separadi kəndləri, Liman qəsəbəsində və bir neçə ucqar dağ kəndində də vəziyyət eynidir. 

Elektrik enerjisinin bərpa olunması günün sonuna kimi nəzərdə tutulub. Xatırladaq ki, rayon mərkəzində qarın qalınlığı 15-20, ucqar kəndlərdə isə 35-40 sm-dir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR