Hacıqabulda maskalı basqın: 13 min manat pul aparıldı

Hacıqabulda evə basqın edən maskalı şəxslər ordan 13050 manat pul oğurlayıblar.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə fevralın 13-də gecə saat 2.00 radələrində rayonun Qubalı kəndində baş verib.

 

Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibinin ağzını, əlini və ayağını yapışdırıcı ilə bağlayıb və oradan 13 min manat pulu götürərək aradan çıxıblar.

 

Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir. Oğruların tapılmasına Daxili İşlər Nazirliyinin təcrübəli kriminalist və əməliyyatçıları cəlb edilib.

 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR