İran vətəndaşından müsadirə olunan 29 min zəli göllərə buraxıldı
Zoologiya İnstitutunun Mingəçevirdəki süni göllərinə 29 min zəli buraxılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən ay Astara Gömrük İdarəsindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanan minlərlə zəli suya buraxılıb.
Canlı orqanizm sayılan bu zəlilər İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən saxlanılıb. Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonu ərazisindəki müxtəlif göllərdən toplanıldığı və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub.
İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün onlar Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən bu gün Zoologiya İnstitutunun balansında olan Mingəçevir şəhərindəki süni göllərinə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı