Bakıdan rayona qaçan qız yolda dərmandan zəhərləndi

Valideynlərindən xəbərsiz Bakıdan Qaxa gedən 21 yaşlı qız dərmandan zəhərlənib.

 

Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 13-də saat 19.00 radələrində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Nigar Oruc qızı Qasımova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Məlum olub ki, o, dərmandan zəhərlənib. Nigar Qasımovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

 

Bildirilib ki, N.Qasımova Bakı-Qax marşrutu ilə hərəkət edən sərnişin avtobusuyla Qaxa gedərkən yolda vəziyyəti pisləşib. O, əvvəlcə Qax rayon Əlibəyli kənd xəstəxanasına aparılıb, sonra MRX-a çatdırılıb.

 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı şəhər sakini olan N.Qasımova evdən valideynlərindən xəbərsiz çıxıb. O, hələ ki, istintaqa məlum olmayan səbəbdən yolda bir neçə dərman preparatı qəbul edib.

 

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR