Lerikdə dağ kəndlərinə gedən yollar bağlanıb
Güclü qar səbəbindən Lerikdə dağ kəndlərinə gedən yollar bağlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hazırda rayon ərazisində qarın qalınlığı 50 sm-i, dağlıq ərazidə isə 70 sm-i keçir.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, həmin ərazilərə ağır texnikalar cəlb olunub. Qısa müddət ərzində yolların açılmasına nail olunacaq.
Hazırda Lənkəran-Lerik yolu sürücülərin üzünə açıqdır. Amma rəsmilər imkan daxilində bu yoldan az istifadə etməyi məsləhət görürlər. Rayonda qaz və elektrik verilişində problemlər yaranmayıb.
Qeyd edək ki, yağıntılı hava şəraiti hələ də davam edir.
OXŞAR XƏBƏRLƏR
13:58
557
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
738
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
725
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1031
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1129
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1067